AZ

İranın İsrailə hücumu nəticəsində 24 nəfər ölüb

İranın iyunun 13-də başlayan raket zərbələri nəticəsində İsraildə 24 nəfər ölüb, 640-dan çox adam yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

"Mülki əhali arasında itkilər var. 24 nəfər həlak olub, 647-dən çox insan yaralanıb", - məlumatda deyilir.

Xəsarət alanlardan 10 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır, 600 nəfərdən çoxunun isə yüngül xəsarət aldığı bildirilir.

O qeyd edib ki, İran İsraillə doğru 400-dən çox raket atıb.

Mərmi atışlarından sonra raketlərin və ya onların hissələrinin təxminən 35 fərqli yerə düşdüyü qeydə alınıb.

Seçilən
1
operativmm.az

1Mənbələr