AZ

Tramp İrana səsləndi: Məni harada tapacağınızı bilirsiniz

ABŞ prezidenti Donald Tramp danışıqlar üçün İranla əlaqə saxlamadığını, Tehranın onunla əlaqə saxlaya biləcəyini bildirib, həmçinin əlavə edib ki, İran ABŞ-ın təklif etdiyi razılaşmanı qəbul edərsə, bu, çoxlu insanın həyatını xilas edəcək.

Publika.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

"Mən heç bir şəkildə və ya formada "sülh danışıqları" üçün İranla əlaqə saxlamamışam. Bu, sadəcə uydurma, saxta xəbərdir! Danışmaq istəsələr, məni harada tapacaqlarını bilirlər. Onlar masanın üstündə olan sövdələşməni götürməli idilər - bu, çoxlarının həyatını xilas edə bilərdi!", - Tramp deyib.

“Reuters” xəbər verib ki, Tramp İranla danışıqlara xüsusi həvəs göstərmir.

Seçilən
1
2
publika.az

3Mənbələr