AZ

İran bütün istiqamətlərdə qaz və yanacaq ixracını dayandırdı

Xəbər verdiyimiz kimi, İran Naxçıvana qaz verilişini dayandırıb, Muxtar Respublikaya təbii qaz Türkiyədən İğdır-Naxçıvan qaz kəməri vasitəsilə verilir.

Musavat.com xəbər verir ki, buna İsrailin İranın, eləcə də dünyanın ən böyük qaz yatağı olan Cənubi Pars yatağının qurudakı obyektlərinə zərbə endirməsi səbəb olub.

Həmin zərbədən sonra İran tərəfi gündəlik 21 milyon kubmetr hasilatın dayandırıldığını açıqlamışdı.

İyunun 16-da Əfqanıstan hökuməti məlumat yayıb ki, İrandan maye qaz, yanacaq və neft idxalı Tehranın qərarı ilə dayandırılıb. Belə görünür ki, İran bütün istiqamətlərdə qaz ixracını dayandırıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Naxçıvanın illik qaz istehlakı 260–300 milyon kubmetr arasındadır. Bu tələbatın ödənməsi üçün Azərbaycan İranla 2004-cü ildə svop razılaşması əldə edib: İran Naxçıvanın tələbatına uyğun qazı Culfadan muxtar respublikaya ötürür, əvəzində eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır. İranın təkidi ilə bu əməliyyatın haqqı olaraq Azərbaycan Astaradan 15 faiz daha artıq qaz həcmini İrana verməli olur. Bu, dünyada belə svop əməliyyatları üçün tətbiq olunan 5 faizlik ortalamadan 3 dəfə artıqdır. Lakin Azərbaycan tərəfi Naxçıvanın enerji tələbatını ödəmək üçün belə soyğunçu şərtlə razılaşmalı olmuşdu. Həmin razılaşmanın müddəti bu il bitirdi.

İsrailin başlatdığı müharibə müqavilənin vaxtından əvvəl dayanması ilə nəticələndi.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr