AZ

“Bütün hədəfləri vurmuşuq” Rusiya Kiyevdəki yaşayış binalarını “hərbi obyektlər” adlandırdı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi iyunun 17-nə keçən gecə Ukraynaya qarşı genişmiqyaslı raket və PUA hücumuna haqq qazandırıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında Ukraynaya zərbələr endirmək üçün hava, dəniz və qurudan raketlər atıldığı və PUA-lardan istifadə edildiyi təsdiqlənir: "Bu gecə Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətində və Zaporojyedə yerləşən hərbi-sənaye kompleksinin obyektlərinə yüksək dəqiqlikli hava, quru və dəniz silahları, həmçinin hücum pilotsuz uçan aparatları ilə qrup şəklində zərbə endirib. Zərbələrin məqsədinə nail olunub. Göstərilən bütün obyektlər vurulub".

Qeyd edək ki, Kiyev şəhərində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində azı 15 mülki şəxsin, o cümlədən uşaqların həlak olduğu bildirilir. 100-dən çox yaarlı var. Kiyevdə bununla bağlı matəm elan olunub. Rusiya isə “uğurlu hücum” və “hərbi obyektlərin vurulması” barədə hesabat verir…

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
50
azpolitika.info

10Mənbələr