AZ

Yaxın Şərqdə gərginliyin artması mayeləşdirilmiş təbii qazın Hörmüz boğazı vasitəsilə tədarükünü poza bilər - ING

Bakı. Trend:

Yaxın Şərqdə gərginliyin daha da artması mayeləşdirilmiş təbiiqazın (MTQ) Hörmüz boğazı vasitəsilə tədarükünü poza bilər.

Trend bu barədəNiderlandın İNG bank qrupunun analitik materialına istinadən xəbərverir.

ING analitiklərinin qeyd etdiyinə görə, ABŞ Prezidenti DonaldTrampın Tehrandan təxliyə çağırışından sonra neft-qaz bazarlarındayenidən təşviş yaranıb.

Bu bəyanatlar İsrail ilə İran arasında münaqişəninlokallaşdırılması ilə bağlı əvvəllər səsləndirilən ümidlərlə kəskinziddiyyət təşkil edir. Trampın G7 sammitini vaxtından əvvəl tərketmək qərarı isə, ekspertlərin fikrincə, ABŞ-nin mümkün hərbimüdaxiləsi ilə bağlı narahatlıqları daha da artırıb və maliyyəbazarlarında yeni dəyişkənlik dalğası yaradıb.

“Geosiyasi gərginliyin artması fonunda tədarüklərdə mümkünpozulmalar qiymət dinamikasına təsir edir”, - analitiklərbildiriblər.

Bazar ertəsi İranın gərginliyi azaltmağa və nüvə proqramı üzrədanışıqları bərpa etməyə hazır olduğu xəbəri yayıldı – lakin bu,yalnız ABŞ-nin İsrailin hərbi əməliyyatlarına qoşulmaması şərtiləbaş verəcək. Bununla belə, Hörmüz boğazı hələ də enerjitəhlükəsizliyi ilə bağlı qlobal narahatlıqların mərkəzindəqalmaqdadır.

Hörmüz boğazından dünya üzrə dəniz yolu ilə nəql olunan neftintəxminən üçdə biri daşınır ki, bu da onu planetin ən vacib enerjiqovşağına çevirir. Hazırda infrastruktur və nəqliyyat marşrutlarınazərər dəyməsə də, bazar qarşıdurmanın daha da kəskinləşəcəyindənehtiyat edərək qiymətləri artırır.

Neft və qaz bazarlarının reaksiyası

Trampın açıqlamalarından sonra Brent markalı neftin qiymətlərikəskin artmağa başladı. Tədarük zəncirlərindəki mümkün pozuntularqiymətlərdə öz əksini tapdı. Avropa təbii qazının qiymətləri dəsürətlə qalxaraq, aprel ayının əvvəlindən bəri maksimum səviyyəyəçatdı – cümə günü isə 4,8% artım qeydə alınmışdı.

“Eynilə neftdə olduğu kimi, qaz bazarının əsas riski ondanibarətdir ki, gərginliyin artması mayeləşdirilmiş təbii qazınHörmüz boğazı vasitəsilə ixracını poza bilər”, – ING mütəxəssislərivurğulayıblar.

Qətər MTQ-nin əsas ixracatçılarından biri olaraq, dünya üzrəmayeləşdirilmiş qazın təxminən 20 faizini bu marşrut vasitəsiləgöndərir. Alternativ nəqliyyat yollarının olmaması isə boğazdakıhər hansı pozuntunun qlobal MTQ bazarını kəskin şəkildə daraldacağıvə qiymətlərin – xüsusilə Avropada – sürətlə artacağı anlamınagəlir.

Aİ Rusiyadan qaz asılılığından qurtulmaqistəyir

Bunun fonunda Avropa Komissiyası Rusiyadan qaz idxalından imtinailə bağlı yeni təkliflər təqdim etməyə hazırlaşır. Layihəyə əsasən,2026-cı ilin yanvarından etibarən Rusiya qazının (boru xətti ilə vəMTQ) tədricən qadağan olunması nəzərdə tutulur. 2027-ci ilin sonunaqədər isə Aİ tam imtinaya keçməyi planlaşdırır. Həmçinin, Aİterminallarında Rusiya enerji şirkətlərinə xidmət göstərilməsi dəqadağan ediləcək.

“Geosiyasi qeyri-müəyyənlik və uzunmüddətli siyasi dəyişikliklərqlobal enerji axınlarını eyni anda yenidən formalaşdırır”, – deyəING analitikləri yekunlaşdırıblar.

Məqalədə:
Seçilən
3
1
az.trend.az

2Mənbələr