AZ

Azərbaycanda 5 ayda 900 milyon manatlıq kimya sənayesi məhsulları istehsal edilib

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi,əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarınınistehsalı sahələrində 931 milyon manatlıq məhsul istehsaledilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədəəczaçılıq məhsullarının istehsalı 84,9 faiz, kimya sənayesiməhsullarının istehsalı 13,1 faiz, rezin və plastik kütləməmulatlarının istehsalı isə 4,7 faiz artıb.

Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı15,2 faiz, polietilen istehsalı 11,9 faiz, etilen istehsalı 10,8faiz, karbamid istehsalı 2,7 faiz, rezin və plastik kütləməmulatlarından plastmas, çubuqlar, millər və profillər istehsalı41,2 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlaristehsalı 38,4 faiz, sərt plastmasdan borular, borucuklar,qolçaqlar və şlanqlar istehsalı 3,0 faiz artmış, polietilendən kisəvə çantalar istehsalı isə 29,1 faiz azalıb.

Seçilən
1
az.trend.az

1Mənbələr