AZ

Cari ildə Azərbaycanın neft-qaz sektoruna 2 milyard manat investisiya qoyulub

Bakı, 17 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 1 milyard 958,8 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,9 faiz azalıb.

Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 468,4 milyon manat səviyyəsində olub.

Seçilən
4
1
azertag.az

2Mənbələr