AZ

Komandanın sükanı arxasına daha bir namizəd tapdılar

Kristian Kivunun “İnter”in baş məşqçisi vəzifəsinə keçməsindən sonra “Parma” rəhbərliyi yeni çalışdırıcı axtarışına başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas namizədlərdən biri niderlandlı mütəxəssis Mark van Bommeldir.

48 yaşlı Van Bommel son olaraq Belçikanın “Antverpen” komandasını çalışdırıb, ancaq hazırda işsizdir.

Onunla yanaşı, Kivunun potensial varisi kimi daha öncə “Roma”da çalışmış italiyalı məşqçi Daniele De Rossi də nəzərdən keçirilir.

“Parma” rəhbərliyi hər iki variantı dəyərləndirir və yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir.

Seçilən
4
sportinfo.az

1Mənbələr