AZ

Oman körfəzində iki tanker toqquşub | VİDEO

AzVision.az xəbər verir ki, “Marinetraffic” gəmilərin hərəkətini izləmə xidmətinin öz “X” səhifəsində paylaşdığı məlumata əsasən, xam neft daşıyan “Adalynn” və “Front Eagle” tankerləri arasında toqquşma iyunun 16-da gecə yarısından sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Haur-Fakkan limanı yaxınlığında baş verib.

Məlumatda “Front Eagle” tankerinin sonradan “idarəetməni itirmiş” statusu aldığı bildirilir. Tankerin sahibi olan “Frontline” şirkəti toqquşmaı“naviqasiya insidenti” kimi qiymətləndirib.

Bundan əvvəl Hindistan sahillərində alovlanan “Wan Hai 503” konteyner gəmisinin 3 gündür ki, yandığı açıqlanmışdı. “The Maritime Executive” şirkətinin məlumatına görə, yanğınla mübarizədə irəliləyişlərə baxmayaraq, gəmidəki yanacağın alov alması riski hələ də qalırdı. Hindistanın Sahil Mühafizəsi ərazinin təxminən 40%-nin nəzarət altında olduğunu bildirib. Yanğın gəminin arxa hissəsinə sirayət etməyib.

Gəmiyə daxil olan xilasedicilər onu təhlükəsiz yerə çəkmək üçün hazırlıqlara başlayıblar. Bundan əlavə, yanan konteyner gəmisindən uzaqda ən azı 10 üzən konteyner tapılıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
azvision.az

1Mənbələr