Bakı, 17 iyun, AZƏRTAC
İran rəhbərliyi ABŞ-la danışıqlar aparmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu sosial media hesabında yazıb.
“Əgər Tehran danışıq aparmaq istəsə, onlar məni harada tapacaqlarını bilirlər. Onlar masa üstündəki sövdələşməni qəbul etməli idilər - bu, çoxlarının həyatını xilas edərdi!”, - deyə Tramp bildirib.
ABŞ lideri, həmçinin Vaşinqton və Tehran arasında danışıqların başladığı barədə mediada yayılan xəbərləri təkzib edib.
Bir müddət öncə İranla atəşkəs və nüvə sazişini yeniləmək məqsədilə şəxsən danışıqlar aparmaq əhvali-ruhiyyəsinin olmadığını vurğulayan Donald Tramp bunun üçün xüsusi elçi Stiv Uitkoffu və ya vitse-prezident Cey Di Vensi göndərə biləcəyini yazıb.