Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Çorum” baş məşqçisi ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, komandanın çalışdırıcısı Can Güçer postunu tərk edib.
Lakin Güçer işsiz qalmayacaq. Çünki o, fəaliyyətini “Eyüpspor”da davam etdirəcək. “Çorum” isə yeni baş məşqçi axtarışındadır.