AZ

Türkiyə İsrailin İrana hücumundan bir neçə saat əvvəl... KİV

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail İrana hücumlara başlamazdan bir neçə saat əvvəl ABŞ məsələ ilə bağlı Türkiyəni xəbərdar edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Middle East Eye”ın məqaləsində qeyd olunur.

Məlumata görə, Vaşinqtonun xəbərdarlığı son zamanlarda Suriyada mövqeyi güclənən Ankara ilə Təl-Əviv arasındakı gərginliyin önlənməsi məqsədi daşıyıb.

İsrail təyyarələrinin Suriya və İraq hava məkanından İran ərazisindəki obyektləri hədəfə almaq üçün istifadə etdiyi güman olunur. Nəşr yazır ki, dekabr ayından bəri İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti Suriyadakı bütün hava hücumundan müdafiə sistemini məhv edərək ölkəni faktiki olaraq müdafiəsiz qoyub.

Həmçinin oxuyun:

Türkiyə sözünü deyir, amma iradə ortaya qoymur: Ankara nəyi gözləyir?

Cümə günü İraqın Xarici İşlər Nazirliyi İsrail təyyarələrinin İrana zərbə endirmək üçün ölkənin hava məkanından istifadə etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edib.

“Reuters”in iddiasına görə, ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki bir sıra regional müttəfiqlərini, o cümlədən Qətəri də İsrailin İrana hücumun olacağı ilə bağlı xəbərdar edib.

Məlumata görə, Bakıda İsrail və Türkiyə nümayəndələri arasında keçirilən görüşdən sonra Suriyada bu ölkələr arasında meydana gələn gərginlik nisbətən azalıb. Təl-Əvivi narahat edən əsas məsələlərdən birinin Türkiyənin Suriya hava məkanına nəzarəti ələ keçirməsi və orada Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi ehtimalı olduğu bildirilir. Bütün bunlar İrana hücumdan öncə aparılan hazırlıq fonunda müəyyən narahatlıq doğurub. Çünki İsrailin İrana hücumunun Ankara tərəfindən yaxından izlənilməsini istəmədiyi qeyd olunub.

Türkiyəli adı açıqlanmayan mənbə “The Middle East Eye”ə Vaşinqton buna qarşı olduğu üçün Ankaranın S-400-ləri Suriyaya yerləşdirmək fikrindən daşına biləcəyini söyləyib. Məlumata görə, Ankara hökuməti İsrailin hücumlara başlamasında sonra potensial fövqəladə vəziyyət ssenariləri və risklərini öyrənmək üçün bir sıra təhlükəsizlik iclasları keçirib. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr