AZ

İsrail qırıcıları İrana hücum edərkən Türkiyənin hava məkanını pozub

İyunun 13-də İrana hücumların ilk gecəsində hava hücumunda iştirak edən İsrail Hərbi Hava Qüvvələrinə məxsus bəzi döyüş təyyarələri Türkiyə hava məkanını pozub.

Qaziler.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Türkiyə İsrail təyyarələrini aşkar etdikdən sonra “F-16” qırıcılarını havaya qaldırıb. Yəhudi dövlətinin pilotlarına Türkiyə hava məkanını tərk etmək əmri verilib və onlar da bunu ediblər. Qəzetin yazdığına görə, hadisə qəsdən baş verib.

Eyni zamanda, qəzet qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri İslam Respublikası ərazisinə hücum etmək üçün Suriya və İraqın hava məkanından da istifadə edib. Suriyanın hava hücumundan müdafiə sistemi yoxdur, ona görə də İsrail tərəfi uçmaq üçün icazə istəmir. İraqda isə hava məkanı ABŞ-nin nəzarətindədir və yəhudi dövlətinin təyyarələri üçün açıq olub.

QAZİLER.AZ

Seçilən
3
qaziler.az

1Mənbələr