İran tərəfindən eskalasiyanın başlanğıcından bəri İsrailə qarşı təxminən 400 raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxılıb.
Far.Az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində İsrail ərazisində 35-ə yaxın müxtəlif məkanda raket və PUA düşmə halları qeydə alınıb. Nəticədə 24 nəfər həlak olub, 650-yə yaxın insan isə xəsarət alıb. Yaralıların 10-nun vəziyyəti ağır, 37 nəfərin isə orta ağır olduğu bildirilir.
İsrailin Vergi İdarəsinin açıqlamasına əsasən, şəxsi mülklərə dəyən zərərlə bağlı ümumilikdə 18 766 müraciət daxil olub. Bu müraciətlərdən 15 861-i binalara, 1 272-si nəqliyyat vasitələrinə, 1 633-ü isə əmlak və onun daxilindəki əşyalara dəyən zərərlə bağlıdır.
Hücumlar səbəbindən 2 725 nəfər yaşadıqları evlərdən təxliyə olunub.