AZ

İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

"Milan"ın və İtaliya millisinin əfsanəsi Filippo İnzaqi "Palermo"nun baş məşqçisi təyin olunub.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

İmzalanan müqavilənin şərtləri açıqlanmasa da, müqavilənin uzunmüddətli olduğu bildirilib.

İnzaqinin son klubu ötən mövsüm rəhbərlik etdiyi “Piza” olub. Tərəflər bir neçə gün əvvəl qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Baxmayaraq ki, klub Pipponun rəhbərliyi altında 34 ildən sonra ilk dəfə A Seriyasına yüksəlib. 

Filippo İnzaqi “neradzurri”dən başqa məşqçilik karyerasında “Venesiya”, “Bolonya”, “Benevento”, “Breşiya”, “Rejina” və “Salernitana” klublarında çalışıb.

Seçilən
1
fanat.az

1Mənbələr