AZ

Münaqişənin beşinci günü İran MOSSAD ın qərargahını vurub

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran İnqilab Keşikçiləri Korpusu Tel-Əvivdəki MOSSAD və Hərbi Kəşfiyyat İdarəsini hədəf aldığını açıqlayıb. “Əməliyyat uğurla keçdi, qərargah hazırda yanır”, - deyə məlumatda bildirilir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsrail 5 gündür İrana hücum edir. Buna cavab olaraq Tehran raketlərlə cavab verir. İsrailin bir çox yerində sirenlər səslənib. “Sığınacaqlara girin” xəbərdarlığı edilib.

İran MOSSAD-ın qərargahını vurduğunu açıqlayıb. Bu bəyanatla İran İnqilabı Keşikçiləri Korpusu çıxış edib. Bildirilib ki, İsrail ordusunun Aman Kəşfiyyat Bölməsi (AMAN) və MOSSAD qərargahı vurulub.

İran İnqilabı Keşikçiləri Korpusu açıqlamasında “MOSSAD-ın qərargahı yanır” deyib. Bu bəyanat İran Dövlət Radiosunda elan edilib və təkbirlərlə qeyd olunub. İsraildən hələlik heç bir açıqlama verilməyib.

İsrail ordusu Tehrana hücum zamanı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xatəmül-Ənbiya Mərkəzi Qərargahının rəisi Əli Şadmanini qətlə yetirdiyini açıqlayıb. Ordu Şadmanini “İranın ən yüksək rütbəli hərbi komandiri” və “İranın ali lideri Ayətullah Əli Xameneiyə ən yaxın adam” kimi xarakterizə edib.

Hələlik İrandan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Şadmani bu vəzifəyə həmin qərargahın əvvəlki rəhbəri Qulaməli Rəşidin bu həftənin əvvəlində İsrail tərəfindən öldürülməsindən sonra təyin edilib. İyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə irimiqyaslı hücumlar həyata keçirib. Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir neçə yüksək səviyyəli komandir və 9 nüvə alimi həlak olub, ümumilikdə 224 mülki itki açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
icma.az

1Mənbələr