Tayvan Ukraynadakı döyüş şəraitində effektivliyini artıq sübut etmiş pilotsuz uçan aparatların (PUA) proqram təminatını tədarük etməyə razılaşıb. Sazişin Çindən potensial təcavüzün qarşısını almağa kömək edəcəyi gözlənilir.
Herbiand.az bildirir ki, bu barədə Reuters xəbər verir.
Tayvan dövləti Auterion amerika-alman şirkəti ilə pilotsuz uçuş aparatları üçün proqram təminatının tədarükü ilə bağlı tərəfdaşlıq müqaviləsi bağlayıb. Bu proqram təminatı artıq Ukraynada real döyüş şəraitində sınaqdan keçirilib.
Şirkətdən bildirilib ki, razılaşma nəticə etibarilə proqram təminatının Tayvan üçün milyonlarla dronda istifadəsinə səbəb ola bilər. Həmçinin qeyd edilib ki, şirkət Tayvan Müdafiə Nazirliyinin tədqiqat bölməsi, Çun-Şan Milli Elm və Texnologiya İnstitutu ilə pilotsuz sistemlər və dron dəstələri üçün proqram təminatı ilə bağlı strateji tərəfdaşlığa da razılaşıb.
Bəxtiyar CƏFƏRLİ