AZ

Bu məhsullar BAHALAŞA BİLƏR – SİYAHI

Hazırda İran və İsrail arasında davam edən müharibə  bütün dünyanın diqqət mərkəzindədir. 

Bu məsələ Azərbaycanın da gündəmini əhatə edir.  Həmçinin, bilindiyi kimi, Azərbaycanın İrandan idxal etdiyi xeyli qida məhsulu növü var. Məsələn, kartof, xurma, kərə yağı, şirniyyat məhsulları və s.

Maraqlıdır ki,  İrandakı siyasi vəziyyət oradan ölkəmizə idxal olunan məhsulların  bahalaşmasına səbəb ola bilər?

İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında vurğulayıb ki, ötən  ilin rəsmi məlumatlarına görə Azərbaycan İrandan təqribən yarım milyard dollara yaxın mal alıb. Buna məişət kimyasından ərzaq, kənd təsərrüfatı məhsulları aiddir.
 

“Təbii ki, İrandakı vəziyyət oradan gələn məhsulların ya bahalaşmasına, ya da gecikməsinə səbəb ola bilər. Bu da bir müddət yerli bazarda İran məhsullarının bahalaşmasıyla nəticələnə bilər. Amma bu, müharibə uzun müddətli olarsa, olar. Çünki hələki İrandan mal gətirənlərin  stoklarında bir neçə həftəlik İran malları var”.


Müsahibimiz müharibənin uzun davam edəcəyini düşünmədiyi üçün ciddi iqtisadi dəyişikliyə səbəb olacağını da düşünmür.

 “Vəziyyət sakitləşdikdən sonra biznes  münasibətləri yenidən bərpa ola bilər”, - deyə ekspert əlavə edib.

Nəzrin Mirzəyeva,  Bizim.Media

Seçilən
4
1
bizim.media

2Mənbələr