AZ

Qəzzada ölənlərin sayı bu qədər oldu

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin Qəzza zolağına hücumları nəticəsində həyatını itirənlərin sayı 55 min 493-ə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda bölgədə 61 cəsəd və 397 yaralı xəstəxanalara gətirilib.

Bildirilir ki, ölənlərdən 6-sı əvvəlki hücumlar zamanı dağıntılar altında qalan şəxslərdir.

Nazirlik, atəşkəsin pozulmasından sonra 5 min 194 nəfərin öldüyünü, 17 min 279 nəfərin isə yaralandığını açıqlayıb. Yardım bölgələrinə edilən hücumlarda isə 397 nəfər ölüb, 3 min 31 nəfər yaralanıb.

Seçilən
5
manset.az

1Mənbələr