BAKI, 17 iyun. TELEQRAF
Bakıda yeniyetmələrə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və onlardan birinin ölümünə səbəb olmaqda təqsirləndirilən 55 yaşlı Xanlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin məhkəmədə tam sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı Xanlar Ağayevin 20 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Hadisə zamanı özünü öldürən şəxsin hüquqi varisi dövlət ittihamçısının çıxışı ilə razı olduğunu deyib.
Daha sonra təqsirləndirilən şəxsin müdafiəsi müdafiə nitqi ilə çıxış edib. O, müdafiə etdiyi şəxsə daha yüngül cəzanın verilməsini istəyib.
Bundan sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan edib. Hökmə əsasən, Xanlar Ağayev 19 il 11 ay 28 günmüddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Xanlar Ağayevtəxminən 2021-ci ilin iyun ayında 2008-ci il təvəllüdlü Nadiri (zərərçəkmiş şəxslərin adları şərti verilib - red.) işləmək adı ilə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi yaşayış evinə dəvət edib.
Təqsirləndirilən şəxs evdə tək olmalarından, eyni zamanda özü üçün Nadirin aşkar surətdə 14 yaşına çatmadığını və sadəlövh olduğunu əvvəlcədən bildiyi üçün cinsi ehtirasını pozğun formada həyata keçirmək qərarına gəlib.
Yeniyetməni çəkic-kəlbətin gətirmək adı ilə həyətdəki tikiliyə göndərib özüdə arxasınca gedib. Həmin vaxt artıq tikilinin içində olan yeniyetmənin köməksiz vəziyyətindən istifadə edərək qolundan, daha sonra boynundan tuturaq oradakı yatacağın üstünə yıxıb və təcavüz edib.
Bundan sonra rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb və 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində ayrı-ayrı vaxtlarda cinsi ehtirasını pozğun formada həyata keçirib.
Bundan başqa o, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində həmkəndlisi, 2007-ci il təvəllüdlü Raufu həyətyanı sahədəki təsərrüfat işlərinə köməklik göstərməsi adı ilə yaşadığı evə dəvət edib.
Daha sonra yeniyetmənin köməksiz vəziyyətindən istifadə etməklə, ona qarşı da seksual xarakterli zorakılıq hərəkətləri edib.
Onu rüsvay edəcəyi hədəsi ilə özündən asılı vəziyyətə salıb, 2024-cü ilin yanvar ayınadək olan dövr ərzində niyyətini davam etdirib.
Sonda həmin yeniyetmə 11 yanvar 2024-cü il tarixdə, saat 11-12 radələrində yaşadığı evin həyətindəki tikilidə kəndirlə özünü asaraq intihar edib.
Xanlar Ağayevə qarşı Cinayət Məcəlləsinin 150.2-1.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham irəli sürülüb.
Hacı Zeynalov
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta