ain.az bildirir, Oxu.az portalına istinadən.
I Liqanı sonuncu yerdə başa vuran və növbəti mövsümdən etibarən II Liqada mübarizə aparacaq "Qaradağ Lökbatan" klubunun yeni baş məşqçisi bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, komandanı Kamal Quliyev çalışdıracaq.
Qeyd edək ki, Kamal Quliyev daha öncə "Neftçala" klubunda baş məşqçi, "Neftçi" klubunda baş məşqçinin köməkçisi, seleksiya şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
O, sonuncu dəfə isə "Keşlə" (indiki "Şamaxı") klubunun çempionluğunu elan etdiyi 2020/21 mövsümündə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, I Liqanın sonuncu turunda "Qəbələ" ilə görüşdə 0:3 hesabı ilə məğlub olan "Qaradağ Lökbatan" klubu mövsümü 23 xalla sonuncu pillədə başa vurub. Onun bu səbəbdən dağılacağı barədə iddialar vardı.
Anar Həsənov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.