AZ

Tramp ailəsi qızıl telefon istehsal edəcək

ABŞ prezidenti Donald Trampın oğulları Erik və Donald qızıl telefon buraxacaqlar.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Trump Mobile" şirkətini idarə edən siyasətçinin ailəsi "T1 Mobile" mobil xidmətinin istifadəyə verildiyini elan edib. Gələcək müştərilərə ümumamerikan xidmət və sərfəli qiymət siyasəti vəd edilib. Flaqman tarifi ilə "T1 Mobile 47 Plan" müştəriyə ayda 47,45 dollara başa gələcək.

Bundan əlavə, Tramp qardaşları avqustda satışa çıxarılacaq qızıl rəngli "T1 Phone" smartfonunun buraxıldığını da açıqlayıblar. Qeyd olunur ki, ABŞ Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) artıq "T1" adı üçün ayrıca ticarət nişanı müraciəti alıb.

Seçilən
11
publika.az

1Mənbələr