AZ

ABŞ rəsmiləri: Gəmilər, İran raketlərinə qarşı müdafiə məqsədilə istifadə olunur

ABŞ

ABŞ rəsmiləri, gəmilərin İran raketlərinə qarşı müdafiə məqsədilə istifadə edildiyini bildiriblər.

Xalqcebhesi.az xəbər verir ki, NBC News-a danışan və adları açıqlanmayan iki ABŞ rəsmisi, ABŞ gəmilərinin, quruda yerləşdirilmiş müdafiə sistemləri ilə yanaşı, İran raketlərinə qarşı da müdafiə məqsədilə istifadə olunduğunu bildiriblər.

Digər tərəfdən, rəsmilər ABŞ-ın müdaxiləsinin ümumi miqyasının nisbətən az olduğunu qeyd ediblər.

İsrailin Baş naziri Benyamin Netanyahu isə Fox News-a verdiyi açıqlamada deyib:

"ABŞ pilotları bizim pilotlar kimi İsrailə yönəlmiş PUA-ları (pilotsuz uçuş aparatlarını) məhv edir. ABŞ istehsalı olan THAAD ballistik raketdən müdafiə sistemi, paytaxt Tel-Əviv və ətrafının müdafiəsində kömək edir. Eyni zamanda, ABŞ-ın ballistik raketlərə qarşı Aegis döyüş sistemi ilə təchiz edilmiş gəmiləri də Aralıq dənizində yerləşir."

Məryəm Quliyeva

Seçilən
1
1
xalqcebhesi.az

2Mənbələr