AZ

Beş ayda BTC ilə 11 milyon tondan çox neft nəql edilib

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neftixrac kəməri vasitəsilə 11,646 milyon ton neft ötürülüb.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə340,3 min ton və ya 2,8% azdır. Belə ki, ötən ilin yanvar-mayaylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə 11,986milyon ton neft ötürülmüşdü.

Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin83,4 faizini və ya 9711,4 min tonunu Azərbaycanda hasil edilənneft, 16,6 faizini və ya 1934,7 min tonunu isə Türkmənistan vəQazaxıstandan daxil olan neft təşkil edib.

Seçilən
4
az.trend.az

1Mənbələr