AZ

Aİ nin XİN rəhbərləri İranla bağlı vahid mövqe qəbul etdilər

ain.az bildirir, Oxu.az portalına istinadən.

Avropa İttifaqının xarici işlər nazirləri İran və İsrail arasında artan gərginlik fonunda təcili videokonfrans keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, videokonfrans zamanı nazirlər İranın nüvə silahına sahib olmaması ilə bağlı ortaq mövqe formalaşdırıblar.

"Nazirlər yekdil şəkildə qərara gəldilər ki, İran nüvə silahına sahib olmamalıdır. Biz tərəfləri deeskalasiyaya və diplomatik səyləri artırmağa çağırırıq", - deyə Kallas bəyan edib.

O əlavə edib ki, Avropa İttifaqının XİN rəhbərləri neft bazarında sabitliyin qorunması və münaqişə bölgəsindən Aİ vətəndaşlarının təxliyəsinin koordinasiyası istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
oxu.az

2Mənbələr