Bu ilin yanvar-may aylarında ölkədə 2052 ədəd və ya 2024-ci ilin müvafiq ayları ilə müqayisədə 663 ədəd və yaxud 47,7 % çox minik avtomobili istehsal olunub.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu il iyunun 1-nə ölkədə 62 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 246,9 milyon manat dəyərində maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 7,7 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13 % azalıb.
Bu ilin yanvar-may aylarında Azərbaycanda 234 ədəd traktor istehsal edilib. Bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 19,3 % azdır. Nəticədə, bu il iyunun 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 5 ayında Azərbaycanda 44 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 82,7 % azdır. Nəticədə, bu il iyunun 1-nə ölkədə 15 ədəd hazır məhsul ehtiyatı yaranıb.