AZ

Bu həftə ABÇ İran danışıqları başlaya bilər

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ağ Ev İran tərəfi ilə bu həftə İran-Amerika danışıqlarının keçirilməsi imkanını müzakirə edir. Amerika tərəfini prezident Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, İran tərəfini isə xarici işlər naziri Abbas Arakçi təmsil edəcək. Danışıqların məqsədi nüvə sazişini hərtərəfli müzakirə etmək, İsrail və İran arasında atəşkəs yaratmaqdır. Bu danışıqlar həlledici ola bilər.

Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.Bildirilib ki, danışıqların nəticəsi ABŞ-ın vəziyyəti sabitləşdirmək üçün diplomatik səylərini davam etdirəcəyini, yoxsa anti-İran müharibəsinə qoşulacağını göstərəcək.Nəşr qeyd edir ki, Tramp ABŞ-ı İran-İsrail münaqişəsinin birbaşa iştirakçısına çevirmək niyyətində deyil.Məlumatda o da bildirilib ki, Amerika tərəfi Tehrana təzyiq vasitəsi kimi İsrail tərəfinə antibunker bombaları ötürə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
3
modern.az

5Mənbələr