AZ

"Sevilya" yeni baş məşqçisinin təyinatını açıqladı

"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, La Liqa klubu argentinalı mütəxəssis Matias Almeyda ilə anlaşıb. 

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı çalışdırıcı ilə müqavilənin müddəti iki illik - 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Almeyda baş məşqçi postunda bu ilin aprelindən komandaya rəhbərlik edən Xoakin Kaparrosu əvəzləyib.

Argentinalı daha əvvəl “River Pleyt”, “Banfild”, “Qvadalaxara”, “San Xose” və AEK kimi klublarla çalışıb. O, 3 il çalışdığı və ilk mövsümündə qızıl dub etdiyi Yunanıstan klubunu bu ilin mayında tərk edib.

Almeyda futbolçu kimi 1996-1997-ci illərdə "Sevilya"da çıxış edib. O, "Latsio", "İnter", "Parma" və "River Pleyt" kimi klublarda da top qovub. Matias 1996-2003-cü illərdə Argentina millisində 40 oyun keçirib və 1 qol vurub.

Seçilən
5
1
fanat.az

2Mənbələr