AZ

ABŞ və Gürcüstan rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Tbilisi, 17 iyun, AZƏRTAC

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət Departamentinin baş müşaviri Uyatt Toehlke ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və regionda gedən proseslər diqqət mərkəzində olub.

Tərəflər regionda və dünyada təhlükəsizlik çağırışlarını müzakirə edib, həmçinin Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində mühüm rolunu vurğulayıblar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
0
azertag.az

1Mənbələr