AZ

Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Azərbaycanın bölgələrində aşkar olunmuş sikkələr barədə çıxış edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı,17 iyun, AZƏRTAC

Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar və Kazan şəhərlərində Tatarıstan Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix İnstitutu, M.A.Usmanov adına Qızıl Orda və Tatar xanlarının Tədqiqatları Mərkəzi, Bolqar İslam Akademiyasının təşkilatçılığı ilə “Tatarıstanın intibah dövrü: orta əsr mənbələri və tarixi kontekst” mövzusunda VIII Beynəlxalq Qızıl Orda Forumu keçirilib. Forumda Milli Azərbaycan Tarixi Muzeyini Numizmatika fondunun baş mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova təmsil edib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

“Qızıl Orda və tatar xanlarının numizmatikası və epiqrafikası: yeni tapıntılar” adlı bölmədə Aygün Məmmədova “Azərbaycanın orta əsrlərdə ticarət əlaqələrinin faktı: Cuçi sikkələri” mövzusunda çıxış edib. O, muzeyin Numizmatika və Xüsusi fondlarında qorunan materiallar əsasında ilk dəfə olaraq Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Salyan, Hacıqabul) aşkarlanmış Cuçi (Qızıl Orda xanları) sikkələri barədə ətraflı məlumat verib.

Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
azertag.az

3Mənbələr