İranda, “Ağarak” sərhəd-keçid məntəqəsində 1000-dən çox erməni yük maşını artıq 10 gündür ki, Ermənistanla sərhədi keçə bilmir.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
Sürücülərin sözlərinə görə, Ermənistan gömrük orqanları onların müraciətlərinə reaksiya vermir, iranlı maşınlar isə sərhədi sərbəst şəkildə keçirlər.
“Biz artıq 10 gündür burada dayanmışıq və yaxın vaxtlarda keçə biləcəyimizə ümid görmürük.
Gömrüyümüzə etdiyimiz şikayətlər cavabsız qalır”, – deyə sürücülər bildiriblər.
Bu hadisə Ermənistanın regional logistika və nəqliyyat əlaqələrindəki zəif koordinasiya və diplomatik təsirsizliyinin daha bir nümunəsidir. İran tərəfinin erməni nəqliyyat vasitələrinə məhdudiyyət tətbiq etməsi, erməni-iran əlaqələrində də müəyyən soyuqluğun yaşandığını göstərir. Bu vəziyyət həm də regionda dəyişən geosiyasi balansın və Azərbaycan-Türkiyə-İran üçbucağının artan təsirinin Ermənistan üçün doğurduğu çətinlikləri ortaya qoyur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta