AZ

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan yeniyetmələr arasında olimpiya çempionu Vüqar Talıbov 1/32 final mərhələsində gürcüstanlı Luka Maisuradze ilə üz-üzə gəlib. 

Qarşılaşma Maisuradzenin qələbəsi ilə yekunlaşıb. Bununla da Talıbov çıxışını erkən başa vurub.

Eyni çəkidə mübarizə aparan 2024-cü ilin Avropa çempionu Elcan Hacıyev isə mundiala 1/16 final mərhələsindən başlayıb. 23 yaşlı idmançı əvvəlcə özbəkistanlı Nurbek Murtozoyevi üstələyib. Növbəti mərhələdə o, Çin Taypeyindən olan Penq-Yu Çen ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Hacıyev 1/4 finala yüksəlib. Onun yarımfinala gedən yolda rəqibi çexiyalı Adam Kopeçki olacaq.

Seçilən
4
4
fanat.az

5Mənbələr