Bakı. Trend:
İsrail gün ərzində İran paytaxtında yerləşən strateji obyektlərəzərbələr endirəcək.
Trend “Times ofİsrael”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziriİsrael Katz bildirib.
“İsrailin Hava Qüvvələri bu gün Tehranda çox əhəmiyyətlihədəfləri, strateji hədəfləri, rejimə aid hədəfləri vəinfrastrukturu vuracaq”, - deyə Katz İrandan atılan ballistikraketin səbəb olduğu dağıntıların miqyası ilə tanış olan zamanjurnalistlərə verdiyi açıqlamada deyib.
O bildirib ki, İsrail Müdafiə Qüvvələri (İDF) hədəflərə yaxınərazilərdə yaşayan insanlar üçün təxliyə olunmalarına dairxəbərdarlıq verəcək.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb