2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda 1297.8 kq qızıl, 1686.9 kq isə gümüş istehsal edilib.
“Cebheinfo.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.9 %, gümüş istehsalı isə 23.8% artıb.
Qeyd edək ki, 2025-ci il iyun ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 119.4 kq və 583.6 kq təşkil edib.
“Cebheinfo.az”