AZ

Kahramanmaraşda Azərbaycan məhəlləsi bu tarixdə AÇILACAQ

19 iyun tarixində Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılışı baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Report agentliyinə məlumat verib.

O xatırladıb ki, 2023-cü ilin fevralında Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələdən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə yardım göstərilməsi üçün bütün resurslar səfərbər edilib.

“Azərbaycan dağıntılar nəticəsində tamamilə məhv olmuş bir məhəllənin bərpasını öz üzərinə götürdü. Bu məhəllə artıq iki qardaş xalq arasında getdikcə güclənən dostluq və həmrəyliyin rəmzinə çevrilib”, – deyə Şamil Ayrım bildirib.

Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir. Onların birgə iştirakı Türkiyə–Azərbaycan münasibətlərinin sarsılmaz birliyini və qardaşlığını bir daha nümayiş etdirəcək.

Bu açılış, eyni zamanda, Azərbaycanın humanitar dəstəyinin və regional fəlakətlərə operativ reaksiyasının real nümunəsi kimi dəyərləndirilir.

Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr