AZ

Sən kimsən aktrisanı təhqir edirsən? Efirdə gərginlik

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Əməkdar artist Sevinc Əliyeva "Elgizlə izlə" verilişində özündən çıxıb. 

Axşam.az xəbər verir ki, buna səbəb studiyada olan qonaqlardan birinin Əməkdar artist Mətanət Atakişiyeva ilə mübahisə etməsi olub. Aktrisa studiyada olan xanıma geyimini irad tutub. Bu isə qarşı tərəfin xoşuna gəlməyib və ona "O nəslin bu nəsli gözü götürmür" sözlərini deyib. 

S.Əliyeva isə özündən çıxıb.

O, qarşı tərəfə "Əməkdar artistdir, Akademik Milli Dram Teatrının aparıcı aktrisasıdır, sən kimsən onun üstünə gedirsən? Eyib deyil, elə söz deyirsən? Deyir, get otur evdə, pensiyaçısan. O sizə "xanım" deyə müraciət etdi, nəzakətli davrandı. Mənim teatr yoldaşıma belə edə bilməzsən. Dedi ki, geyiminizə fikir verin" sözlərini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
axsam.az

4Mənbələr