“Sabah”ın qapıçısı Stas Pokatilovun taleyinə aydınlıq gəlir.
Msport.az “vesti.kz”ya istinadən xəbər verir ki, Qazaxıstan millisinin qolkiperi Azərbaycan klubunda qalmağa yaxındır.
Çünki bakılılar onu komandada saxlamaqda maraqlıdır. Bu üzdən “Sabah” rəhbərliyi 32 yaşlı futbolçuya yeni müqavilə təklif edib.
Qeyd edək ki, ötən mövsüm “Sabah”ın heyətində 19 oyun keçirən Stas Pokatilovun klubla müqavilə müddəti başa çatıb.