Bakının Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 46 ünvanında yerləşən iki mərtəbəli taxta panellərdən (dranka) tikilən bina qəzalı vəziyyətdədir.
Sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, binanın tavanı damır, divarlarındakı taxta panellərin üzərindəki daşlar isə tökülür yerə. Bu səbəbdən sakinlər hər an xoşagəlməz hadisə ola biləcəyini qeyd ediblər. Məsələ ilə bağlı onlar müvafiq qurumlara dəfələrlə müraciət ediblər.
Qurumlar tərəfindən binanın söküləcəyi deyilsə də, hələ bu istiqamətdə heç bir iş aparılmır.
Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.