ABŞ rəsmiləri ölkənin hərbi gəmilərinin İranın raket hücumlarına qarşı müdafiə məqsədilə istifadə edildiyini açıqlayıblar.
NBC News kanalına danışan və adları açıqlanmayan iki ABŞ rəsmisi, ABŞ-ın hərbi gəmilərinin quruya yerləşdirilmiş müdafiə sistemləri ilə yanaşı, İran raketlərinə qarşı qoruma məqsədilə istifadə olunduğunu bildiriblər.
Həmin mənbələr ABŞ-ın bölgədəki ümumi hərbi müdaxiləsinin isə nisbətən məhdud olduğunu vurğulayıblar.