AZ

Azərbaycan əhalisinin hansı sahələrdə çalışdığı açıqlanıb (FOTO)

Bakı. Trend:

2025-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən,iqtisadi fəal əhalinin sayı 5332,6 min nəfər olub, onlardan 5049,7min nəfərini məşğul əhali təşkil edib.

Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ciilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafınınmakroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.

Məlumata götə, cari il mayın 1-i vəziyyətinə muzdla çalışanişçilərin sayı 1771,7 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlətsektorunda 876,3 min nəfər, qeyri-dövlət sektorunda isə 895,4 minnəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyrineft-qaz sektorunda isə 1740,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faiziməhsul istehsalı sahələrində, o cümlədən, 7,6 faizi emalsənayesində, 6,6 faizi tikintidə, 2,7 faizi su təchizatı,tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarmasənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyatvasitələrinin təmiri, 18,5 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyəvə sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi vəmüdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı,4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,9 faizipeşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərinyerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə vəincəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığortafəaliyyəti, 2,0 faizi informasiya və rabitə, 1,1 faizi daşınmazəmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdəxidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2025-ci ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıqişlənmiş iş saatlarının miqdarı 141 saat təşkil edib.

Məqalədə:
Seçilən
2
3
az.trend.az

9Mənbələr