AZ

Dünya ictimaiyyəti İsrailə qarşı tədbir görməlidir - Kurtulmuş

BAKI, TurkicWorld

İsrail hökumətinin mövcudluğu dünya sülhü üçün böyük təhlükədir.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə keçirdiyi birgə mətbuat konfransında İsrailin siyasətini sərt şəkildə tənqid edib.

Kurtulmuş çıxışında qeyd edib ki, İsrail hökuməti qarşıdurmaları dialoq yolu ilə deyil, zorakılıq və qırğınlarla həll etməyə çalışır. Bu yanaşmanın təkcə bölgə üçün deyil, qlobal sülh üçün də ciddi təhdid yaratdığını vurğulayan TBMM sədri, beynəlxalq ictimaiyyəti daha geniş miqyaslı münaqişələrin qarşısını almağa çağırıb.

“Çox gec olmadan dünya ictimaiyyəti İsrail hökumətinin bu təcavüzkar siyasətinə qarşı tədbir görməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə və hərbi obyektlərə genişmiqyaslı hücumlara başlayıb. Hədəflər arasında İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və 9 nüvə alimi də olub. Ümumilikdə hücum nəticəsində 224 nəfərin həlak olduğu bildirilir.

İranın cavab zərbələrində 24 nəfərin öldüyü, 500-dən çox insanın isə yaralandığı açıqlanıb. Regionda gərginlik artırkən, başda Türkiyə olmaqla bir sıra ölkələr İsrailin hərəkətlərini pisləyib.

Seçilən
2
turkic.world

1Mənbələr