BAKI, 17 iyun. TELEQRAF
Ölkəyə idxalın dəyəri artıb. Belə ki, cari ilin yanvar-may aylarında 2024-cü ilin müvafiq dövrünə nisbətən idxal olunan məhsulların qiymət indeksi 23% artıb.
Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.
2025-ci ilin may ayında aprel ayına nisbətən artım 3,2%, 2024-cü ilin may ayına nisbətən isə 25,2% təşkil edib.
İxrac olunan məhsulların qiymət indeksi isə azalıb. Bu kateqoriyada 2025-ci ilin may ayında aprel ayına nisbətən 3,3% azalma olub. Cari ilin may ayında 2024-cü ilin may ayına nisbətən 0,4%, yanvar-may aylarında isə aylarına nisbətən ötən ilin müvafiq dövrünə nisbətən 7,7% artım olub.