Bakı. Trend:
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neftməhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036milyard manat təşkil edib.
Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 5,2 faiz azdır.
Neft məhsullarından ağ neft istehsalı 0,3 faiz, qazoylların(dizel yanacağının) istehsalı 4,3 faiz, neft bitumu istehsalı 7,1faiz, avtomobil benzini istehsalı 10,7 faiz, neft koksununistehsalı 12 faiz, sürtkü yağları istehsalı 45,8 faiz azalıb.