2025-сi ilin yanvar-may aylarında 2052 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 663 ədəd çox (47,7% çox) minik avtomobili istehsal olunub.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir.
Yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin istehsalı 82,7% azalaraq 44 ədəd, traktorların istehsalı 19,8% azalaraq 234 ədəd təşkil edib.