BAKI, 17 iyun. TELEQRAF
“Çin hegemoniya və güc siyasətinə qarşı mübarizədə Mərkəzi Asiya ölkələri ilə birgə işləməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya ölkələri - Çin sammitində çıxışı zamanı Çin sədri Si Cinpin deyib.
“Çin beynəlxalq ədaləti müdafiə etmək, hegemoniya və güc siyasətinə müqavimət göstərmək üçün Mərkəzi Asiya ölkələri ilə birlikdə işləməyə hazırdır”, - dövlət başçısı bildirib.