AZ

Xərçəngi bitirəcəyəm deyən həkim ölü tapıldı Türkiyə şokda

Medicina portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bütün xərçəng növlərinin sonuna çıxacam, bəzi şeyləri tapmışam” deyən türkiyəli həkim evində ölü tapıldı.

“Medicina” xəbər verir ki, Əskişəhərdəki evində ölü tapılan təqaüdçü həkim Mustafa Savan Günayın meyitinin müayinəsi tamamlanıb.

Tepebaşı mahalı Hoşnudiye məhəlləsində İsmət İnönü-1 küçəsində yaşayan təqaüdçü həkim Mustafa Savan Günayın şəhər xaricində olan dostu ondan xəbər ala bilməyib. Ötən həftənin cümə axşamı günü evin təmizlik işçiləri xəbərdar edilib.

Mənzilin 2-ci mərtəbəsində heç kim qapını açmayınca evə baxış keçirməyə gələn işçi bu barədə polisə məlumat verib.

Qapını çilingər tərəfindən açılaraq mənzilə daxil olan qruplar Mustafa Savan Günayı yatağında hərəkətsiz vəziyyətdə tapıblar. Sağlamlıq qrupları müayinədən sonra Günayın həyatını itirdiyini təyin etdi. Günayın cəsədi polis və prokurorluq əməkdaşlarının müayinəsindən sonra xəstəxananın morquna aparılıb.

Xəstəxanada aparılan yarılmada ölümü şübhəli sayılan Mustafa Savan Günayın cəsədində hər hansı kəsici və deşici alət izinə rast gəlinməyib və götürülən nümunələr Ədliyyə Tibb Qurumuna göndərilib. Təqaüdçü həkim Günayın ölümünün dəqiq səbəbi qurumun hazırlayacağı hesabatdan sonra bəlli olacaq.

Təqaüdçü həkim Mustafa Sənan Günay may ayında sosial şəbəkədə 25 ildir xərçəngin səbəblərini araşdırdığını bildirərək,

"25 ildir xərçəngin səbəbləri ilə mübarizə aparıram. Artıq problemi 75 faiz həll etdiyim üçün Magna Lunaca (əlavə qida) təqdim etdim. Kifayət qədər yaşasam, bütün xərçəng növlərini bir dərmanla bitirəcəyəm” kimi açıqlamalar vermişdi.

Ölümündən sonra doktor Günayın sözləri sosial mediada yenidən maraq qazanıb, bir çox açıqlamaları trend mövzusuna çevrilib. İnsanlar onun qəsdən aradan götürüldüyünü deyir.

Aygün Musayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
icma.az

2Mənbələr