Bakı.Trend:
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi vəsatışına qarşı keçirilən tədbir zamanı 38 yaşlı Tural ƏləkbərovQaraçuxur qəsəbəsi ərazisində saxlanılıb.
Trend Daxiliİşlər Nazirliyinə istinadən xəbər verir ki, ondan 3 kiloqramtərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraqgötürülüb.
T.Ələkbərov narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılanİran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilindəayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.
Araşdırmalar davam etdirilir.