Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqazboru kəməri vasitəsilə 9,272 milyard kubmetr qaz ötürülüb.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə199,3 milyon kubmetr və ya 2,1% azdır.
Belə ki, 2024-cü ilin yanva-may aylarında Bakı-Tbilisi-ƏrzurumCənubi Qafqaz boru kəməri vasitəsilə 9,471 milyard kubmetr qazötürülmüşdü.
Hesabat dövründə magistral qaz kəmərləri ilə 17,129 milyardkubmetr qaz nəql edilib və 2024-cü ilin yanvar-may aylarınanisbətən 1,3 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 54,1 faiziBakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyatakeçirilib.