AZ

Sertifikatlaşma müəllimlərin gələcək karyerasına necə təsir edir? AÇIQLAMA

Milli.az saytına istinadən ain.az xəbər verir.

"Artıq 3 ildir müəllimlərin 66 mindən çoxu sertifikatlaşmaya cəlb olunub. Müəyyən fənlər içərisində müəllimlərin peşəkar inkişafı müəyyənləşir, bəzi müəllimlər öz həmkarlarını öyrədirlər. Hal-hazırda bu proses daha ciddi şəkildə davam edir. Bu da metodik sistemin yaradılması ilə daha da gücləndirilib. Bu geniş yayılan üsul şagird sayı çox olan məktəblərdə bu daha çox özünü göstərir. Çətinlikləri olan müəllimlərə mentor dəstəyi göstərilir".

Milli.Az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O bildirib ki, hal-hazırda Təhsil İnstitutunda keçən il sertifikatlaşmadan yüksək nəticə göstərən müəllimlər müsahibələrə çağırılaraq təlimlərə cəlb edilib:

"Bu sertifikatlaşma müəllimlərin bilik və bacarıqlarının üzə çıxarılmasından əlavə yuxarı təhsil orqanları tərəfindən tanınır və birbaşa digər müəllimlərin inkişaf etdirilməsi üçün bizə yardımçı olur. 51+ toplamaq əsas meyar olmaqla yanaşı, müəllimlərin fənn bilikləri, ünsiyyət bacarıqları da önəmlidir".

Aysel Əkbər

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
news.milli.az

2Mənbələr