Kapital Bank mikro biznes sahəsində fəaliyyət göstərən şəxslər üçün 1 000 AZN-dən 100 000 AZN-dək kredit təqdim edir. İllik faiz dərəcəsi 16%-dən başlayır, kredit müddəti isə 36 ayadək təyin olunur. Ödənişlər annuitet (bərabər aylıq ödənişlər) formasında həyata keçirilir.
Əsas üstünlüklər:
- Girovsuz və zaminsiz kredit almaq imkanı;
- Yaşayış yerinə vizit edilmədən kredit əldə etmək rahatlığı;
- Geniş filial şəbəkəsi vasitəsilə ölkə üzrə bir çox rayonda xidmət;
- Kredit ödənişində güzəştli aylar imkanı.
Kredit üçün tələblər:
- Yaş həddi: 20 yaşdan yuxarı;
- VÖEN mütləqdir;
- Sahibkarlıq və peşə fəaliyyətində minimum 12 ay təcrübə;
- Kreditə müraciət edilə bilən şəhər və rayonlar: Bakı (o cümlədən Qara Qarayev, Nərimanov, İnşaatçılar, Nizami, Bakıxanov), Sumqayıt, Gəncə, Goranboy, Abşeron, Qəbələ, İmişli, Bərdə, Xəzər, Masallı, Tovuz, Lənkəran, Salyan, Zaqatala, Ağcabədi, Şəki, Cəlilabad, Mingəçevir, Quba, Xaçmaz, Şəmkir və s.
Kapital Bank mikro biznes kreditləri vasitəsilə kiçik sahibkarlara bizneslərini genişləndirmək və maliyyə sabitliyini gücləndirmək üçün real dəstək göstərir.
Ətraflı məlumat üçün: //www.kapitalbank.az/loans/mikrokredit
Fuad Mədətov
Finss.az